Rutte Avropa ölkələrini mübarizəyə çağırdı

Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna danışıqlarında iştiraka nail olmaq üçün “ağlamağı dayandırmalı” və konkret həll yollarına keçməlidir.
AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
“Avropa ölkələri sızlamağı dayandırmalı və Ukrayna ilə bağlı danışıqlar masasında yer qazanmaq üçün konkret addımlar atmalıdır. “Bizi dəvət etmədilər” deyən bütün bu ifadələrə mən bunu deyəcəyəm: danışıqlar masasına oturmaq üçün özünüzü təşkil edin”, - deyə baş katib vurğulayıb.
Rutte əlavə edib ki, o, ABŞ prezidenti Donald Trampın sülh təşəbbüsünün təşviqinə başlamaq qərarını düzgün hesab edir. Bundan əlavə, o, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya kömək məqsədilə sammitlərin keçirilməsində fəaliyyətini yüksək qiymətləndirib.