Pakistanda daşqınlarda ölənlərin sayı 111-ə çatdı

Pakistanda iyun ayının son həftəsindən bəri təsirli olan musson yağışlarının törətdiyi daşqınlar nəticəsində həyatını itirənlərin sayı 111 nəfərə yüksəlib.
Pakistan Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) tərəfindən yayımlanan açıqlamada Hayber Paxtunxva, Şərqi Pəncab, Sind və Bəluçistan əyalətlərində musson yağışlarının təsirinin davam etdiyi bildirilib.
Son 48 saatda yağışların səbəb olduğu daşqınlarda 7 nəfərin həyatını itirdiyi, 12 nəfərin isə yaralandığı qeyd olunub. 26 iyun – 14 iyul tarixləri arasında isə ümumilikdə 111 nəfər ölüb, 212 nəfər yaralanıb.
Açıqlamada yaxın günlərdə ölkə üzrə yağışların şiddətinin artacağına dair xəbərdarlıq edilərək, yerli hakimiyyət orqanlarına hazırlıqlı olmaları tövsiyə olunub.