Filippində 5,8 bal gücündə zəlzələ baş verib


Filippinin şimalında yerləşən İlokos Norte əyalətində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.



Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə, yerli vaxtla saat 10:30 radələrində baş vermiş zəlzələnin episentri İlokos Norte əyalətinin Pasuquin qəsəbəsindən təxminən 29 kilometr şimal-qərbdə yerləşib.



Zəlzələ yerin 27 kilometr dərinliyində baş verib. Hadisə ilə bağlı hələlik hər hansı insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb.



Yeraltı təkanların qonşu Kaqayan, İlokos Sur, İsabelaAbra əyalətlərində də hiss olunduğu bildirilir.



Zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu