Filippində 6,1 bal gücündə zəlzələ baş verib
Cümə axşamı Filippinin mərkəzindəki Şərqi Samar əyalətində ilkin olaraq 6,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
İnstitutun məlumatına görə, yeraltı nöqtələr yerli vaxtla saat 14:50-də baş verib, mənbə 48 km dərinlikdə, episentri Hernani şəhərindən təxminən 51 km şimal-şərqdə yerləşib.
İnstitut bildirib ki, tektonik zəlzələ afterşoklara və dağıntılara səbəb ola bilər. Hələlik dağıntılar və tələfatlar barədə məlumat yoxdur.
Yeraltı təkanlar yaxınlıqdakı ərazilərdə, o cümlədən Şimali Samar, Leyte və Cənubi Leyte əyalətlərində də güclü hiss olunub.