İsrail “Qara Bayraq” əməliyyatına başladı – Yəmən limanlarına zərbə


İsrail hərbi hava qüvvələri üç Yəmən limanına, həmçinin husilərin 2023-cü ildə ələ keçirdiyi “Galaxy Leader” yük gəmisinə hücum etdiyi “Qara Bayraq” əməliyyatına başlayıb.



AFN.az yerli mediaya istinadən xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz hazırkı vəziyyəti İsrailin İrana son zərbələri ilə müqayisə edib. O bildirib ki, Hudeyda, Ras İsa və Əs-Salif limanları husilərin nəzarəti altındadır. Ras Kanatibadakı elektrik stansiyasına da hücum edilib.



Katz bildirib ki, “husiləri İsrailə qarşı qaldıran hər kəsin əli kəsiləcək”. Nazir qeyd edib ki, husilər öz əməllərinə görə böyük əvəz ödəməyə davam edəcəklər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu