Katz husi liderini ölümlə hədələdi

İsrailin müdafiə naziri Husi lideri Əl-Husini məhv etməklə hədələyib
İsrail bu ölkədə fəaliyyət göstərən Ənsar Allah (Husi) üsyançı hərəkatının hücumlarına cavab olaraq Yəmənə zərbələr endirməyə davam edəcək və onun lideri Əbdülməlik əl-Husini məhv edənədək dayanmayacaqr.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İsrailin Yəmən limanlarına yeni silsilə zərbələr endirməsindən sonra ölkənin müdafiə naziri İsrael Katz səsləndirib.
O xatırladıb ki, bundan əvvəl İsrail hərbçiləri HƏMAS hərəkatının hərbi qanadının rəhbəri Məhəmməd əl-Deyfi və həmin hərəkatın lideri Yəhya Sinvarı, şiə Hizbullah partiyasının baş katibi Həsən Nəsrullahı və Həmas siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni sıradan çıxarıblar. Bundan əlavə, mayın 13-də “Kan” dövlət televiziyası Qəzza zolağına edilən son güclü zərbələrdən birinin HƏMAS-ın hərbi qanadının rəhbəri, Yəhya Sinvarın qardaşı Məhəmməd Sinvarı öldürmək məqsədi daşıdığını bildirib. Onun ölümü hələ təsdiqlənməsə də, Katz öz çıxışında Məhəmməd Sinvarın öldüyünə işarə edib.
"Dediyimiz kimi, husilər İsrailə raket zərbələri endirməyə davam etsələr, ağır cavablar, ciddi zərbələr alacaqlar. Qəzzada əl-Deif və Sinvar, Beyrutda Nəsrullah və Tehranda Həniyə ilə etdiyimiz kimi terrora rəhbərlik edənləri də vuracağıq. Həmçinin Yəməndə Əbdülməlik əl-Husiləri ovlayıb məhv edəcəyik" - deyə Katz bildirib.
Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti Yəmənə yeni hava zərbələri endirdiyini bildirib. Hücumlar husilərin nəzarətində olan Əl-Hodeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən Yəmənin Hodeyda və Əs-Salif limanlarında həyata keçirilib. İsrail tərəfinin sözlərinə görə, bu limanlar üsyançılar tərəfindən silahların ötürülməsi üçün istifadə edilib.