HƏMAS-ın hərbi qanadına atəşkəsə qarşı olan şəxs rəhbərlik edir


Fələstin radikal HƏMAS hərəkatının Qəzza zolağındakı hərbi qanadına təşkilatın sərt xətt tərəfdarlarından biri – İzzəddin əl-Həddad rəhbərlik edir.



AFN.az xəbər verir ki, bu barədə məlumatı “The New York Times” (NYT) qəzeti regiondakı mənbələrə istinadən yayıb.



Nəşrin iddiasına görə, əl-Həddad 2025-ci ilin mayında keçmiş lider Məhəmməd Sinvarın ölümündən qısa müddət sonra HƏMAS-ın hərbi qanadının başına keçib.



Qəzet yazır ki, yeni komandanın rəhbərliyi altında HƏMAS yalnız İsrail ordusunun Qəzzadan tam çıxarılmasıhərbi əməliyyatların dayandırılmasından sonra bütün girovları azad etməyə razı olacaq.



İsrail isə əksinə, HƏMAS-ın hərbi potensialını tamamilə sıradan çıxarmaq və Qəzzada onun siyasi-hərbi təsirini bitirmək niyyətindədir.



NYT-nin mənbələrindən birinin sözlərinə görə, İzzəddin əl-Həddad yaxın zamanda bildirib: “Ya HƏMAS İsraillə ləyaqətli razılaşma əldə edəcək, ya da bu münaqişə azadlıq və ya şəhidlik müharibəsinə çevriləcək”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu