MAQATE: İsrailin hücumlarından sonra Körfəz bölgəsində radiasiya səviyyəsi normaldır


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Qrossi ABŞ və İsrailin İranda yerləşən nüvə obyektlərinə təşkil etdiyi hücumlardan sonra Körfəz bölgəsində radiasiya səviyyəsinin normal qaldığını bildirib.

MAQATE tərəfindən yayımlanan yazılı açıqlamaya əsasən, Qrossi İranın nüvə obyektlərinin vəziyyəti ilə bağlı məlumat paylaşıb.

Qrossi bildirib ki, hücumlardan sonra Körfəz bölgəsində radiasiya səviyyəsi normal həddə qalmaqda davam edir.

O qeyd edib ki, Beynəlxalq Radiasiya İzləmə Sistemi vasitəsilə MAQATE-yə mütəmadi olaraq məlumat daxil olur və 48 ölkəni əhatə edən bu şəbəkə hər hansı zədələnmiş nüvə reaktorundan mühüm radioaktiv sızmanı aşkarlaya bilər.

Qrossi əlavə edib ki, nüvə təhlükəsizliyi baxımından İrandakı Buşəhr Atom Elektrik StansiyasıTehran Tədqiqat Reaktoru bizim əsas narahatlıq mənbəyimiz idi. O bildirib ki, bu obyektlərə edilən hər hansı hücum sərhədlərdən kənarda nəticələri ola biləcək radioloji qəzalara səbəb ola bilərdi. Lakin belə bir hal baş vermədi və ən pis nüvə təhlükəsizliyi ssenarisi yaşanmadı.

Qrossi nüvə obyektlərinə heç vaxt hücum edilməməli olduğunu bir daha vurğulayıb və MAQATE müfəttişlərinin İranda yoxlama fəaliyyətlərini davam etdirməsinin vacibliyini qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu