Zelenski: Ukrayna ərazisində bu gün 695 min rus əsgəri var


Ukrayna Prezidenti Volodimir Zelenski Rus ordusunun cəbhə xətti boyunca hər gün təxminən 200 hücum həyata keçirdiyini bildirərək, “Ukrayna ərazisində bu gün 695 min rus əsgəri var” deyə qeyd edib.



Zelenski paytaxt Kiyevdə keçirdiyi mətbuat konfransında Rusiya–Ukrayna müharibəsi ilə bağlı son hadisələr barədə danışıb.



Müharibənin davam etdiyini bildirən Zelenski Ukraynanın Sumi istiqamətində də şiddətli döyüşlərin getdiyini vurğulayıb.



Rusların bu istiqamətdəki cəbhə xəttinə təşkil etdiyi hücumlarda əsasən Şimali Koreya istehsalı raketlərdən istifadə etdiyinə diqqət çəkən Zelenski “Cəbhədə həyata keçirilən bütün hücumların və bombardmanların 23 faizi Sumi istiqamətində baş verir” deyə bildirib.



Zelenski qeyd edib ki, Rusiya ordusu bu istiqamətdə həftə ərzində 200 metr irəliləsə də, Ukrayna qüvvələri onları daha sonra 200-400 metr geri çəkilməyə məcbur edib.



Rusların həmçinin Dnepropetrovsk bölgəsindəki müdafiə xəttini keçməyə çalışdıqlarını və kiçik qruplarla hücum cəhdlərini davam etdirdiklərini deyən Zelenski “Ancaq indiyədək orada heç bir uğur əldə edə bilməyiblər” əlavə edib.



Zelenski Rus ordusunun cəbhə xətti boyunca hər gün təxminən 200 hücum həyata keçirdiyini təkrar vurğulayaraq, “Ukrayna ərazisində bu gün 695 min rus əsgəri var” deyə bildirib.



Ukrayna Prezidenti əlavə edib ki, ruslar Rusiyanın öz ərazisindən 52 min nəfərlik ordu ilə Sumi istiqamətində hücumlarını davam etdirirlər.



Zelenski Rusiya tərəfindən Ukraynaya qaytarılan meyitlər arasında 20 rus əsgərinin cəsədinin də olduğunu bildirib.



Rusiya ilə danışıqların davam etmə ehtimalına da toxunan Zelenski rusların məqsədinin ABŞ-ın Ukraynaya yardımını dayandırmaq olduğunu iddia edib.



Ölkəsinin Avropanın təhlükəsizlik sisteminin bir hissəsi olduğunu deyən Zelenski, müttəfiq ölkələri gələn ildən etibarən Ukraynanın müdafiə sənayesinə ÜDM-lərinin 0,25 faizini ayırmağa çağırıb və əlavə edib ki, bu il müdafiə sənayesi üçün 43 milyard dollar ayırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu