İsrail İranda yerləşən sənaye bölgəsinə hücum edəcəyini əsas gətirərək təxliyə xəbərdarlığı edib

İsrail ordusu İranın Gilan vilayətində yerləşən “Səfidərud” sənaye zonasının İran rejiminə məxsus hərbi infrastruktura qarşı planlaşdırılan hücum çərçivəsində dərhal boşaldılmalı olduğunu bildirib.
İsrail Ordusunun sözçüsü Aviçay Adraee “X” platformasında ərəbcə və farsca paylaşdığı mesajda bildirib:
“İranın Kəlç Talşan kəndində (Gilan vilayətinə bağlı) yerləşən "Səfidərud" sənaye bölgəsindəki mülki və hərbi obyektlərə təcili təxliyə çağırışı edirik. Söhbət gedən ərazi əlavə olunmuş xəritədə açıq şəkildə göstərilib”.
Qeyd edək ki, İsrail bundan əvvəl 16 iyun tarixində İranın paytaxtı Tehranın müəyyən bir bölgəsinə də oxşar xəbərdarlıq etmişdi.