İsrail mətbuatı: İranın qərbinə yeni hava hücumu başlayıb

İsrailin dövlət televiziyası KAN İsrail ordusunun İranın qərb bölgəsinə yeni hava hücumlarına başladığını bildirib.
KAN kanalında yayımlanan xəbərdə, ordudan adının açıqlanmasını istəməyən bir hərbi mənbəyə istinadən, hücumların başladığı qeyd olunub.
Mənbə, İsrail ordusunun İranın qərbinə qarşı həyata keçirdiyi hücumların davam etdiyini, bunun cavab hücumlarının qarşısını almağa yönəldiyini bildirib.
İsrail ordusu isə bu hücumla bağlı hələlik rəsmi açıqlama yaymayıb.