ABŞ İranı vuracaqmı? - Trampın qərarı iki həftəyə bilinəcək


ABŞ prezidenti Donald Tramp hesab edir ki, Tehranın nüvə proqramı ilə bağlı diplomatik əlaqələr qurmaq şansı var.



AFN.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.



Onun sözlərinə görə, Tramp iki həftə ərzində ABŞ-ın İranı vurub-vurmayacağına qərar verəcək.



“İranla yaxın gələcəkdə danışıqların baş tutma ehtimalı yüksək olduğu üçün – yaxud da baş tutmaya biləcəyi üçün – mən iki həftə ərzində hərbi əməliyyatla bağlı qərar verəcəyəm: hücum edirik ya yox, bilinəcək” – deyə Levit Trampdan sitat gətirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu