Tramp may ayında Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ prezidenti Donald Tramp may ayında Səudiyyə Ərəbistanına səfər edəcək.
AFN.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
"Prezident may ayında Səudiyyə Ərəbistanına səfər edəcək. Konkret tarixlərə və səyahətin təfərrüatlarına gəlincə, biz mümkün olan kimi onları elan edəcəyik" - deyə Levitt bildirib. O, Trampın səfərinin Qəzzada və ya Ukraynada atəşkəs şərti olub-olmadığı ilə bağlı suala cavabında bildirib ki, Tramp bunun Rusiya və Ukraynaya şamil edilməsini arzuladığını açıq şəkildə bildirib: "Onun komandası bu gün də işləməyə davam edir".
Leavitt qeyd edib ki, Amerika liderinin köməkçiləri hazırda onun qarşıdan gələn səfərinin təfərrüatlarını hazırlayırlar.