Ərdoğan və Putin İran-İsrail münaqişəsini müzakirə etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi vasitəsilə İran-İsrail münaqişəsini müzakirə edib.



AFN.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyası açıqlama yayıb.



“İranın nüvə proqramı ətrafında yaranan problemlərin yeganə həlli yolu diplomatiyadır. Hücumların dayandırılması üçün ilk gündən diplomatik səylər ön plandadır və mümkün qədər tezliklə danışıqlar masasına qayıtmaq zəruridir" - deyə Ərdoğan bildirib.



Türkiyə prezidenti həmçinin vurğulayıb ki, İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar bölgədə zorakılığın artmasına səbəb olur və bütün regional təhlükəsizliyə ciddi təhdid yaradır. Netanyahu hökumətinin qanunsuz addımlarının beynəlxalq sistem üçün risk olduğunu bildirən Ərdoğan qeyd edib ki, region artıq başqa bir müharibəni qarşılayacaq vəziyyətdə deyil.



Ərdoğanın fikrincə, İsrailin hücumları ilə diqqəti İrandan yayındırmaq niyyəti güclüdür və yüksək ehtimal ki, İsrail regiona artıq bitmiş bir nəticə təqdim etməyə çalışır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu