Ərdoğan və Pezeşkian İsrail-İran gərginliyini müzakirə etdi

Ərdoğan və Pezeşkian arasında telefon danışığı – Ankara vasitəçiliyə hazırdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkianla telefonla danışıb.
“TRT Haber”in yaydığı məlumata görə, söhbət zamanı İsrail-İran münaqişəsi, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan bildirib ki, münaqişənin tezliklə sona çatması və nüvə danışıqlarının bərpası üçün Türkiyə vasitəçi rolunu üzərinə götürməyə hazırdır.