Ərdoğan və Əliyev İran-İsrail gərginliyini müzakirə edib


Dövlət başçıları gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyindən danışıblar



İyunun 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.



AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.



Bildirilib ki, telefon söhbəti zamanı İran və İsrail arasında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub.



Dövlət başçıları gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini qeyd edərək, məsələlərin danışıqlar yolu ilə həllinin önəmini vurğulayıblar.



Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin gündəliyinə dair məsələlər barədə fikir mübadiləsi aparıblar.



Telefon danışığı əsnasında dövlət başçıları gələcək təmaslarla bağlı məsələlərə də toxunublar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu