ABŞ humanitar proqram çərçivəsində gələn miqrantların icazələrini ləğv edir


Kuba, Haiti, Nikaraqua və Venesuela vətəndaşları humanitar proqram çərçivəsində ABŞ-a daxil olublar



ABŞ Daxili Təhlükəsizlik Nazirliyi yüz minlərlə miqranta yaşayış və iş icazələrinin ləğv olunduğunu bildirəcək və onların ölkəni tərk etməsi tələb olunacaq.



AFN.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib. Telekanal xəbəri nazirliyin göndərdiyi bildirişin nüsxəsinə istinadən hazırlayıb.



Məsələ Kuba, Haiti, Nikaraqua və Venesuela vətəndaşlarını əhatə edir, onlar ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası tərəfindən həyata keçirilmiş humanitar proqram çərçivəsində ölkəyə daxil olublar. CHNV adı ilə tanınan bu proqram çərçivəsində 530 mindən çox şəxs humanitar giriş alıb.



Bildirişdə deyilir: “Sizə bildiririk ki, sizin humanitar giriş icazəniz ləğv edilib. Əgər ölkəni tərk etməsəniz, barənizdə məcburi icra tədbirləri tətbiq oluna bilər, həm də saxlanma və deportasiya, şəxsi işləri həll etmək imkanı olmadan.”



CNN qeyd edir ki, bu qərar Donald Tramp administrasiyasının miqrasiya siyasətinin bir hissəsidir və məqsədi ölkədə qanunsuz yaşayan və ya qanuni əsaslarla daxil olmuş milyonlarla miqrantın məcburi çıxarılmasıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu