Venesuela ABŞ-dan deportasiya edilmiş vətəndaşlarını almaq üçün uçuşları bərpa edəcək

Venesuela ABŞ tərəfindən deportasiya edilən vətəndaşlarını geri qaytarmaq üçün uçuşları bərpa edəcəyini açıqlayıb.
Milli Assambleyanın (AN) sədri Xorxe Rodriges "İnstaqram" hesabında verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Riçard Qrenell ilə ABŞ-dakı venesuelalıların ölkəyə qayıtması ilə bağlı razılığın əldə edildiyini bildirib.
Venesuelalıların ölkəni tərk etmələrinin səbəbinin ABŞ sanksiyalarının nəticəsi olduğunu vurğulayan Rodriges "Vətəndaşlarımıza harada olurlarsa olsunlar, onlara qayğı göstərəcəyimizi bir daha təsdiqləyirik. Evlərinə, vətənlərinə dönən Venesuelalıların yaşadıqları xoşbəxtlik bizi də sevindirəcək" deyib.
Venesuela prezidenti Nikolas Maduro martın 8-də verdiyi açıqlamada ad çəkmədən ABŞ-ı tənqid edərək, "Onlar rabitə kanallarını zədələyiblər. Mən o kanalları açıq saxlamağa çalışıram, çünki sırf miqrant olduqları üçün həbs olunan və haqsız yerə təqib edilən bütün venesuelalıları ölkəyə qaytarmaq istəyirəm" deyib.
Venesuela ABŞ tərəfindən fevralın 22-də deportasiya edilən qeyri-qanuni miqrantlardan 177-ni, fevralın 25-də isə 242-ni geri qaytarıb.