ABŞ Belarusa sanksiyaların müddətini bir il uzatdı


ABŞ prezidenti Donald Tramp Belarus rəhbərliyinin nümayəndələrinə qarşı ABŞ-ın sanksiya rejimini bir il müddətinə uzadıb.



AFN.az xəbər verir ki, dövlət başçısının müvafiq fərmanı Federal Reyestrdə - ABŞ hökumətinin rəsmi sənədlər toplusunda yerləşdirilib.



Sənəddə qeyd edilir ki, Belarus hökumətinin və digərlərinin bəzi nümayəndələrinin hərəkətləri və siyasəti, o cümlədən prezident Aleksandr Lukaşenkonun "bədxah fəaliyyəti və uzun müddət davam edən sui-istifadələri" ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə yaratmaqda davam edir.



"Onlar həmçinin Belarusda demokratik prosesləri və institutları sarsıdırlar. Siyasi repressiyalarla, o cümlədən insanların saxlanması və yoxa çıxması, habelə korrupsiya və dövlət əmlakından sui-istifadə və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı insan hüquqlarının pozulması halları var. Bütün bunlara görə, 2006-cı il sərəncamında nəzərdə tutulan sanksiyalar rejimi daha bir il uzadılır" - deyə fərmanda vurğulanıb.



Qeyd edək ki, söhbət 2006-cı ilin iyununda ABŞ-ın 43-cü prezidenti Corc Buşun imzaladığı Belarusda demokratik proseslərə və institutlara xələl gətirən şəxslərə məhdudiyyətlər nəzərdə tutan fərmandan gedir. 2021-ci ilin avqustunda 46-cı prezident Co Bayden sanksiyaların tətbiqi meyarlarını başqa bir fərmanla tamamlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu