Belarus "dost olmayan ölkələr"ə idxal rüsumlarının müvəqqəti dərəcələrini uzadıb
Belarus prezidenti Aleksandr Lukaşenko qeyri-dost ölkələrdən gələn mallar üçün idxal gömrük rüsumlarının müvəqqəti dərəcələrini uzadıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, A.Lukaşenkonun müvafiq qərarında əsasən bu müddət 2025-ci il iyunun 30-dək uzadıb.
Sənədə əsasən, idxal gömrük rüsumlarının artırılması dərəcələri müəyyən edilən malların siyahısı da genişləndirilib.