Trampın NATO sammitində iştirak etməməsi alyansın böhranı deməkdir

Donald Trampın NATO sammitində iştirakı sual altındadır – Duda narahatdır
AFN.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın iyunun sonunda Haaqada keçiriləcək NATO sammitində iştirak etməməsi alyans üçün dərin böhran anlamına gələ bilər. Bu barədə Polşa Prezidenti Anjey Duda açıqlama verib.
“Əgər Donald Tramp NATO-nun Haaqa sammitinə gəlməsə, o zaman ciddi böhran baş verəcək. Mən onun gəlməyəcəyini düşünmürəm”, – deyə Duda bildirib.
Bundan əvvəl "Der Spiegel" jurnalı yazmışdı ki, NATO ölkələri hərbi xərcləri ÜDM-in 5%-i həddinədək artırmaq üçün konkret addımlar atmasalar, Tramp sammitə qatılmaya bilər. Lakin ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, ABŞ prezidentinin sammitdə iştirakı planlaşdırılır.
NATO-nun sammiti 24-25 iyun tarixlərində Haaqa şəhərindəki Konqres mərkəzində keçiriləcək. Tədbirdə 45-ə yaxın dövlət və hökumət başçısı, 45 xarici işlər və müdafiə naziri və təxminən 6000 nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir.