Myanmadakı zəlzələ Taylandı da vurdu: Ölənlərin sayı 96-ya yüksəldi


Martın 28-də Myanmada baş verən və qonşu Taylandda da güclü hiss olunan zəlzələlər səbəbindən paytaxt Banqkokda ölənlərin sayı artıb.


Banqkok səlahiyyətliləri şəhərdə həyatını itirən 96 nəfərdən 89-nun cəsədinin zəlzələdə çökən tikilməkdə olan 30 mərtəbəli binanın dağıntıları altından çıxarıldığını açıqlayıb.

Səlahiyyətlilər axtarış işlərinin bitdiyi dağıntılarda tapılan qalıqların onlardan xəbər alınmayan 7 nəfərə aid olub-olmadığının araşdırılacağını bildirib.

Qeyd olunub ki, aprelin 13-də binanın dağıntıları altından 36 meyit çıxarılıb.

Xatırladaq ki, martın 28-də Myanmada 7,7 və 6,4 bal gücündə iki zəlzələ baş verib. Zəlzələlər nəticəsində təxminən 3700 insan həyatını itirib, 5000-dən çox insan isə yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu