Myanmada zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir

Myanmada martın 28-də baş verən dağıdıcı zəlzələdən sonra maqnitudası 2,8-dən 7,5-ə qədər olan 98 afterşok qeydə alınıb.
AFN.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya və Hidrologiya Departamentindən "Sinxua" agentliyinə verilən məlumatda bildirilir.
Qeyd edilir ki, 7,9 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3600-ə çatıb. Təbii fəlakət zamanı daha 5017 nəfər yaralanıb, 160 nəfər isə hələ də itkin düşmüş hesab edilir.