Toronto hava limanında atışma olub

Kanadanın Toronto şəhərindəki Pearson hava limanında atışma baş verib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli polis X-dakı rəsmi səhifəsində məlumat yayıb.
"Pirson Beynəlxalq Hava Limanına polis dəstələri cəlb edilib. Hadisəni törədən yetkin yaşlarında kişidir", - deyə açıqlamada qeyd edilir.
Bildirilir ki, bu, nadir rast həlinən hadisədir və hazırda hava limanında insanlar üçün təhlükə yoxdur.