Rusiya sanksiyalarla yaşamağa öyrəşib, lakin onlar Aİ üçün problemlər yaradır - Peskov


Rusiya Qərbin sanksiyalarının öhdəsindən gəlməyə, onlarla yaşamağa öyrənib, lakin bu, Aİ üçün böyük problemlər yaradır.


AFN.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Le Point” jurnalına müsahibəsində bildirib.

Peskov deyib: “Biz sanksiyalar altında yaşamağa öyrəşmişik. Rusiya üçün əsas məsələ bu deyil. Əslində əsas problem Avropanın problemidir”.

Onun sözlərinə görə, Avropanın rəqabətədavamlı qalması üçün ucuz təhlükəsizlik və ucuz enerji lazımdır. "O, ABŞ-dan cüzi qiymətə təhlükəsizlik aldı. Rusiyadan isə ucuz enerji. Hazırda Aİ həm birinci, həm də ikincini itirib", - Peskov əlavə edib.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, sanksiyalar həm Rusiyaya, həm də onları tətbiq edənlərə ziyan vuran iki ağızlı qılıncdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu