Papa Fransisk cümə və bazar günləri arasında dəfn edilə bilər

Papa Fransisk cümə və bazar günləri arasında dəfn edilə bilər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu, Vatikanda mövcud qaydadan irəli gəlir.
"Qaydalar cənazənin ölümdən sonra dördüncü və altıncı gün keçirilməli olduğunu nəzərdə tutur", - deyə Vatikanın sözçüsü bildirib. O qeyd edib ki, cari prosedurları müzakirə etmək üçün çərşənbə axşamı günü bir araya gələcək kardinallar tərəfindən konkret bir tarix təyin olunacaq.
Vatikan nümayənsədi həmçinin xatırladıb ki, Fransisk Santa Maria Maggiore kilsəsində dəfn olunmaq arzusunu ifadə edib. Dəfn mərasimi Müqəddəs Pyotr Bazilikasında baş tutacaq vida mərasimindən sonra keçiriləcək.