Papa Fransisk xəstəxanadan çıxdı

Katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransisk bir aydan artıqdır müalicə aldığı xəstəxanadan çıxıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, evə buraxılmazdan əvvəl xəstəxanada onu gözləyənləri pəncərədən salamlayıb.
Ağır bronxit səbəbiylə ikiqat pnevmoniya diaqnozu ilə Romadakı Gemelli Xəstəxanasında 37 gün müalicə olunan 88 yaşlı Papa bu gün ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Papa Fransisk ənənəvi bazar günü duası zamanı Gemelli Xəstəxanasının qarşısındakıları eyvandan salamlama reallaşdırıb. Əlil arabası ilə balkona gətirilən Papa təxminən 2 dəqiqə balkonda qalıb. Yorğun görünən Papa salamlama zamanı "Sarı çiçəkli bir xanım görürəm, necə də gözəldir" - deyə izləyənlərinə zarafat edib.
Papa Fransisk camaatı salamladıqdan sonra maşınla xəstəxananı tərk edib.
Roma meri Roberto Qualtieri jurnalistlərə açıqlamasında Papa Fransiskin xəstəxanada müalicəsinin başa çatmasından və evə buraxılmasından məmnun olduğunu bildirib.
Bu arada Roma Papası Fransisk xəstəxanadan buraxıldıqdan sonra xaricə səfərlərdən əvvəl və qayıdarkən adətən dua etmək üçün getdiyi Romadakı Qaya Xanımı Bazilikasını ziyarət edib, oradan da Vatikanda olan iqamətgahına gedib.
Papa fevralın 14-dən xəstəxanada müalicə alırdı.