Papa növbəti dəfə Yaxın Şərqdə tərəfləri dialoq və diplomatiyaya çağırıb
Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Yaxın Şərqdəki vəziyyəti narahatlıqla izlədiyini bildirib, tərəfləri dialoq və diplomatiyaya çağırıb.
Vatikanda Müqəddəs Pyotr meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar ayinini həyata keçirən Papa, "Yaxın Şərqdəki vəziyyəti narahatlıq və ağrı ilə izləməyə davam edirəm"ifadələrini işlədib.
Müharibələrə və haqq iddiası məntiqinə təslim olmamaq lazım olduğunu bildirən Papa Fransisk, “Bunların əvəzində dialoq və diplomatiya üstünlük verin, bu çox şey edə bilər” qeyd edib.
"Mən hər gün Fələstində və İsraildə sülh üçün dua edirəm və ümid edirəm ki, bu iki xalq tezliklə əzablara son qoyacaq", - deyə Papa bildirib.
Papa Fransisk Ukrayna üçün də dua etdiyini vurğulayıb.