Yaşlılıqda texnologiyadan istifadə demans riskini azalda bilər

Texasda aparılan araşdırmaya görə, qocalıqda rəqəmsal texnologiyalardan aktiv istifadə edən şəxslərdə demans riski əhəmiyyətli dərəcədə azalır.
Tədqiqat yaşı 50-dən yuxarı olan 411.000-dən çox insanı əhatə edən 57 ayrı işi araşdırıb. Bütün tədqiqatlar müxtəlif üsullardan istifadə edilməklə aparılsa da, ümumi nəticələr texnologiyadan istifadənin koqnitiv geriləməni yavaşlatdığını ortaya qoyub.
Statistik təhlillər göstərib ki, texnologiyadan istifadə edən şəxslərdə koqnitiv pozulma riski 58 faiz aşağıdır. Həmçinin müəyyən edilib ki, bu şəxslərdə yaşa bağlı zehni geriləmə 26-34 faiz daha yavaş irəliləyir.
Tədqiqat birbaşa səbəb əlaqəsi qurmasa da, exnologiyadan istifadə, təhsil vəziyyəti, məşğuliyyət və sosial-iqtisadi şərait kimi amillər sabit qaldıqda belə müsbət təsirin davam etdiyini müşahidə edib.
Texas Universitetindən neyropsixoloq Jared Benqe texnologiyadan istifadənin yaşlı insanların idrak sağlamlığının qorunmasında mühüm vasitə ola biləcəyini söyləyib. Benqe görə, yeni proqramlar öyrənmək kimi əqli cəhətdən çətin fəaliyyətlər beyin fəaliyyətini artırır.
Bundan əlavə, sosial media və video zəng proqramları yaşlı insanlara sosial əlaqələrini qorumağa kömək edir. Bu, demansın inkişafı ilə sıx əlaqəli olan təklik hissini azaldır. Xatırlatma proqramları yaşlı insanlara dərman izləmə və səhiyyə təyinatları kimi gündəlik funksiyaları dəstəkləməklə müstəqil qalmağa kömək edir.
Araşdırmanın nəticələri "Nature Human Behaviour" jurnalında dərc olunub.