"Meta" sifətin tanınması texnologiyasını sınaqdan keçirir
“Facebook” və “Instagram”ın sahibi "Meta" bu platformalarda məşhurların fotolarından istifadə edən saxta reklamları aşkar etmək üçün üz tanıma texnologiyasının sınaqdan keçirildiyini açıqlayıb.
"Meta"dan sosial şəbəkələrdə məşhurların fotolarının yer aldığı saxta reklamlarla mübarizə ilə bağlı açıqlama verilib.
Açıqlamada məqsədin üz tanıma texnologiyası ilə "Facebook" və "Instagram" kimi platformalarda məşhurların fotolarını ehtiva edən saxta reklamları aşkar etmək olduğu bildirilib.
Açıqlamada üz tanıma texnologiyasının "Facebook" və "Instagram"da bəzi məşhurların profilləri ilə sınaqdan keçirildiyi və bu texnologiyadan istifadənin istəyə bağlı olduğu bildirilib.
Qeyd edilib ki, üz tanıma texnologiyasından istifadə etmək istəyənlərin "Facebook" və "Instagram"da hesabı olmalı və istifadəçilərin üzlərinin göründüyü videonu yükləməli və bu, reklamda saxta olduğundan şübhələnənlərlə müqayisə ediləcək.
Açıqlamada bu texnologiya vasitəsilə məşhurların foto və ya videolarından istifadə edilən reklamın saxta olduğu aşkar edilərsə, reklamın bloklana biləcəyi, istifadəçilərin istədikləri zaman bu texnologiyadan istifadəni dayandıra biləcəyi bildirilib.
Qeyd edək ki, 2021-ci ilin noyabrında "Meta" sosial narahatlıqlar səbəbilə "Facebook"da üz tanıma sistemini bağlayacaqlarını və bir milyarddan çox istifadəçinin üz skan məlumatlarının silinəcəyini açıqlayıb.
Mənbə: AA