"Facebook" Rusiya mediasına məxsus bəzi şəbəkələrə qadağa qoydu


“Facebook”un sahibi "Meta" bəzi Rusiya media şəbəkələrini platformalarında gizli əməliyyatlar apardıqları və aşkarlanmamaq səbəbi ilə qadağan etdiyini açıqlayıb. Rusiya mediası RT bu bəyanatları ABŞ-ın son sui-qəsd nəzəriyyəsi kimi qiymətləndirib.



"Meta"nın verdiyi açıqlamada "Rusiya dövlət mediasına qarşı davam edən sanksiyalarımızı genişləndirdik. "Rossiya Seqodnya”, "RT" və digər əlaqəli təşkilatlara xarici müdaxilə fəaliyyətləri səbəbindən artıq qlobal miqyasda tətbiqlərimizə qadağa qoyulub” ifadələri işlədilib.

Qadağaların yaxın günlərdə qüvvəyə minəcəyi gözlənilir.

Rusiyanın Vaşinqtondakı səfirliyi "RT" (keçmiş Russia Today) və "Sputnik" xəbər agentliyinin sahibi "Rossiya Seqodnya" şərh sorğusuna hələ cavab verməyib.

Rusiya dövlət mediası Qərb ölkələrində siyasətə təsir göstərməyə çalışdığına dair iddialara görə getdikcə daha çox diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, "Meta" "Facebook"dan əlavə "Instagram", "WhatsApp" və "Threads" kimi böyük sosial media platformalarına da sahibdir.

Xatırladaq ki, "Meta" daha əvvəl Rusiya dövlət mediasına qarşı məhdud tədbirlər həyata keçirmişdi.

İki il əvvəl "Meta" bu media təşkilatlarının öz platformalarında reklam yayımlamasını bloklayıb və onların məzmununa girişi məhdudlaşdırıb.

Mənbə: BBC



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu