COVID-19 "Alzheimer" riskini artıra bilər - ARAŞDIRMA
![](/uploads/posts/2025-02/koronavirus-dha-2026366_1.jpg)
Alimlər aşkar ediblər ki, COVID-19 olan şəxslərdə "Alzheimer" xəstəliyi ilə əlaqəli biomarkerlərin səviyyəsi daha yüksək ola bilər.
Yeni bir araşdırmaya görə, SARS-CoV-2 virusuna yoluxmuş insanlarda müşahidə edilən beyin zülallarında müşahidə olunan dəyişikliklər dörd il qocalmağa bərabər təsir göstərə bilər.
Araşdırmaya görə, bu dəyişikliklərin daha çox xəstəliyi ağır olan və xəstəxanaya yerləşdirilən xəstələrdə özünü göstərdiyi müəyyən edilib.
Xüsusilə yüksək qan təzyiqi kimi demans risk faktorları olan şəxslərdə təsirlərin daha qabarıq olduğu qeyd edilib.
Alimlər hesab edirlər ki, COVID-19 beta-amiloid zülallarının yığılmasını sürətləndirərək beyin hüceyrələrində iltihaba səbəb ola bilər.
Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, bu tapıntılar səbəbli əlaqəni açıq şəkildə nümayiş etdirmir. Tədqiqat müşahidə tədqiqatı olduğundan COVID-19-un birbaşa "Alzheimer" xəstəliyinə səbəb olduğunu söyləmək olmaz.
Mütəxəssislər qrip kimi digər infeksiyaların da oxşar təsir göstərə biləcəyinə diqqət çəkirlər.
"Alzheimer" dünyada 55 milyondan çox insana təsir edən bir xəstəlik kimi tanınır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 10 milyon yeni demans halı aşkarlanır.
Tədqiqatçılar bildirirlər ki, COVID-19-un bu mənzərəyə necə təsir edəcəyini anlamaq üçün daha çox araşdırmaya ehtiyac var.
Alimlər yoluxucu xəstəliklərin "Alzheimer" riskinə təsirini daha yaxşı anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayırlar.
Araşdırma "Nature Medicine" tibb jurnalında dərc olunub.