Azərbaycan-Gürcüstan turizm əlaqələri yüksək inkişaf mərhələsində


"Baku Travel Baazar" tədbiri çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turuzmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevlə Gürcüstan Turizm Assosiasiyasının sədri Natalie Kvaçantiradze arasında üzünmüddətli əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.


Aprelin 10-da "JW Marriot" mehmanxanasında Assosiasiya sədrləri arasında baş tutan ikitərəfli görüş zamanı 2025-2026-cı illər üçün qarşılıqlı fəaliyyət planı müzakirə olunub. Görüşdə idarə heyətinin üzvləri Nəzər Eminov və Ceyhun Aşurov, Gürcüstan tərəfdən isə Nino Çumburidze( Nino Chumburidze) Gürcüstan Spa Velnes və Tibbi turizm komitəsinin rəhbəri də iştirak edib.
Əməkdaşlıq Memorandumunun imzalanmasında Azərbaycan və Gürcüstan arasında turizmin inkişafına dəstək, turizm təşkilatları arasında əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin turizm potensialını xarici ölkələrdə tanıtmaq və Cənubi Qafqazda sərhədyanı turizmi təbliğ edərək, ortaq turizm məhsullarının yaradılmasını təmin etməkdən ibarətdir.
Həmçinin imzalanan sənəd özündə beynəlxalq təcrübəni öyrənmək, treninqlər keçirmək , beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini qurmaq, birgə daxili və xarici infoturlar təşkil etmək və bu istiqamətdə tərəflərin müvafiq birgə inkişaf proqramlarını hazırlamaq, turizm fəaliyyətinin inkişafına yönələn layihələrin hazırlanması və həyata keçirilməsi sahəsində birgə fəaliyyəti həyata keçirmək, eləcə də sağlamlıq turizmi, ekoturizm, işgüzar turizm və digər alternativ turizm növlərinin təbliğinə və reallaşdırılmasına töhfə vermək kimi vacib məqamları əks etdirir.
Xatırladaq ki, "Baku Travel Baazar" sərgisi Qafqazın ən böyük turizm tədbirlərindən biridir. Sərgi ildən-ilə artan iştirakçı sayı ilə böyük nüfuz qazanıb.







FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu