Azərbaycanın türkdilli ölkələrlə turizm əlaqələri genişlənir
“Türkdilli ölkələrlə turizm sahəsində əməkdaşlığı genişləndiririk. Bu bizə həm dil, həm din, həm də bir çox oxşar cəhətlərimizə görə rahatdır”.
Bunu AFN.az-a açıqlamasında “Zakher” travel turizm şirkətinin rəhbəri Cəfər Qara bildirib. Bugünlərdə qardaş Qırğızıstan Respublikasına işgüzar səfər çərçivəsində bu ölkənin turizm qurumları ilə bir neçə mühüm görüşlər keçirdiyini deyən Cəfər Qara qeyd edib ki, Qırğızıstanın İqtisadiyyat Nazirliyinin tabeliyindəki Turizm Departamentinin direktoru Nurmuhhammed Minbaevlə, Qırğızıstan Respublikasının Turizmin İnkişafına Dəstək Fondunun vitse-prezidenti Maksat Usubəliyevlə, Qırğızıstan Tur Təşkilatları Assosiasiyasının prezidenti xanım Saltanat Midinlə görüşlərimizdə ölkələrimiz arasında turist mübadiləsi, Qırğızıstanda turizmə dəstək, Türk dövlətlərində təcrübə mübadiləsi, yerli və beynəlxalq layihələrdə birgə iştirak və digər mövzular ətrafında ətraflı müzakirələr aparıb.
Görüşlərin yekununda Turizm Departamenti tərəfindən Qırğızıstanın turizm sənayesinin inkişafında uğurlu əməkdaşlıq üçün “Zakher Travel” turoperatoruna təşəkkür sertifikatı təqdim edilib. Eyni zamanda şirkətə Qırğızıstan Tur Təşkilatları Assosiasiyasının rəsmi üzvlük sertifikatı verilib.
FƏXRİYYƏ