Tammi Bryus: BMT-nin bəzi ərzaq proqramlarının maliyyəsi yanlışlıqla kəsilib

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus Birləşmiş Millətlər Təşkilatının (BMT) bəzi ərzaq proqramlarının maliyyəsinin yanlışlıqla kəsildiyini deyib.
Bryus gündəlik mətbuat konfransında gündəmə dair qiymətləndirmələr edib.
Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) kimi yardım agentliklərinə ayrılan maliyyənin azaldılması ilə bağlı suala cavab olaraq, Bryus USAID-in ÜƏP ilə proqramlarının 85 faizinin hələ də davam etdiyini bildirib.
Bryus USAID-in ÜƏP-ə ayırdığı maliyyənin tamamilə kəsilməsi ilə bağlı deyilənlərin doğru olmadığını, ləğv edilən proqramların daha çox Yəmən və Əfqanıstanda olduğunu qeyd edib.
Digər tərəfdən, Bryus "Başqa ölkələrdə kəsilməməli olan bir neçə proqramın maliyyəsi kəsilib və onlar yenidən bərpa edilib" deyib. O, bunların hansı proqramlar olduğunu deyə bilməyəcəyini bildirib.