2023-cü ilin oktyabrından Qəzzada 210 jurnalist öldürülüb

2023-cü il oktyabrdan bəri Qəzza zolağında hərbi əməliyyatlarda azı 210 media işçisi həlak olub.
Bu barədə anklav hökumətinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
Bildirilir ki, aprelin əvvəlində anklavın cənub hissəsindəki Xan Yunis şəhərində media nümayəndələrinin yaşadığı çadırın atəşə tutulması nəticəsində bir jurnalist həlak olub, doqquz nəfər yaralanıb.
Qəzza rəsmiləri beynəlxalq ictimaiyyəti və jurnalistika ilə bağlı təşkilatları İsrail hərbçilərinin hərəkətlərini pisləməyə çağırıb, həmçinin jurnalistlərə hücumlara görə İsrail tərəfinin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.