"Mercedes-Benz" rüsumlara görə modellərini ABŞ bazarından çıxara bilər

Alman avtomobil istehsalçısı "Mercedes-Benz" ABŞ administrasiyasının idxal rüsumlarına görə ABŞ bazarında ən sərfəli modellərinin satışından imtina etmək imkanını nəzərdən keçirir.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Mercedes-Benz" hesab edir ki, bu həftə tətbiq ediləcəyi gözlənilən 25 faizlik tariflər GLA krossoveri kimi büdcə modellərinin Amerika bazarında satışını iqtisadi cəhətdən mümkünsüz edəcək.
Eyni zamanda agentlik qeyd edir ki, alman şirkətinin rəhbərliyi hələlik bu məsələ ilə bağlı yekun qərar qəbul etməyib.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ ölkə hüdudlarından kənarda istehsal olunan bütün avtomobillərə 25 faiz idxal rüsumları tətbiq edəcək. Əvvəllər mövcud olan 2,5 faiz rüsum da qüvvədə qalmalıdır ki, bu da yeni tarif dərəcəsini 27,5 faiz təşkil edəcək.