AK Çin elektromobillərinə idxal rüsumlarını azaltmalıdır - "Mercedes-Benz"in rəhbəri
Avropa Komissiyası Çinin elektromobillərinə idxal rüsumlarını artırmamalı, əksinə, onları azaltmalıdır.
"Financial Times" xəbər verir ki, bunu "Mercedes-Benz"in rəhbəri Ola Kallenius deyib.
Alman avtomobil istehsalçısının rəhbəri Çin avtomobillərinin genişləndirilməsində üstünlüklər gördüyünü bildirib. Onun fikrincə, Çin brendləri arasında artan rəqabət Avropa şirkətlərinə uzunmüddətli perspektivdə daha yaxşı avtomobillər istehsal etməyə kömək edəcək. Kalleniusun fikrincə, Avropa proteksionizmi yanlış yolla gedir. Çindən idxal rəqabətin təbii inkişafıdır və Çin markalarını məğlub etmək üçün daha yaxşı məhsul, daha yaxşı texnologiya və daha çox çeviklik təklif etmək lazımdır.
Avropa Komissiyası Çin şirkətlərinin avtomobilləri bu qədər ucuzlaşdırmağa imkan verən hakimiyyət orqanlarından subsidiya alıb-almadığını araşdırır. Fransız avtomobil istehsalçıları "Stellantis" və "Renault" artıq Çinin elektrik avtomobillərinin təhlükəsini elan ediblər, eyni zamanda, alman şirkətləri qoruyucu rüsumlar tətbiq olunarsa, cavab tədbirləri görməkdən qorxurlar, çünki hər üçüncü "Mercedes-Benz" avtomobili Çində satılır və Çin avtomobil istehsalçıları "Geely" və SAIC, səlahiyyətlilər tərəfindən idarə olunan, avtomobil istehsalçısının səhmlərinin beşdə bir hissəsinə sahibdir.