Aİ Çini biznes üçün daha açıq olmağa çağırıb


Çində sərt təhlükəsizlik qanunları və daha siyasiləşmiş biznes mühiti Avropa şirkətləri üçün problemlər yaradır və onları Çindəki gələcəklərini şübhə altına almağa məcbur edir.


AFP xəbər verir ki, bunu ticarət üzrə Avropa komissarı Valdis Dombrovskis deyib.

Onun sözlərinə görə, Çinin Rusiyanı Ukraynadakı müharibəyə görə qınamaqdan imtina etməsi həm də reputasiya riski yaradır. Dombrovskis qeyd edib ki, Avropa bloku ilə Çin arasında ticarət gərginliyinin artdığı bir vaxtda şəffaflıq və açıqlıq uzunmüddətli perspektivdə qazanan strategiyadır.

"Çin investisiya əsaslı iqtisadiyyatdan geniş əsaslı iqtisadiyyata çətin keçid mərhələsindədir. Bunu etmək üçün açıq qalmalıdır" - deyə Aİ komissarı bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu