Danimarka Çini Ukraynadakı müharibə ilə bağlı "açıq danışmağa" çağırıb


Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen Çindən Ukrayna ilə bağlı daha sərt mövqe tutmağı və müharibə barədə Rusiya prezidenti Vladimir Putinlə danışmağı xahiş etməyi planlaşdırır.


AFN.az xəbər verir ki, bu barədə Rasmussen özü açıqlama verib. O, Çinə üç günlük səfərinin əvvəlində Şanxayda "Reuters" agentliyinə danışıb. "Bizə Çinin daha güclü mövqe tutması lazımdır" - deyə Rasmussen bildirib.

Baş nazir qeyd edib ki, Putin Avropa liderlərini dinləmir, amma Çini açıq şəkildə dinləyir: "Buna görə də Çinin sözünü deməli olduğunu demək istəyirəm"..

Rasmussen cümə günü Pekində görüşərkən çinli həmkarı Vanq Yi ilə Ukrayna və ikitərəfli yaşıl enerji əməkdaşlığını müzakirə edəcəyini bildirib. O, həmçinin Çinin ticarət naziri Vanq Ventao ilə də görüşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu