Danimarka və Çin arasında yeni tərəfdaşlıq proqramı imzalanıb


Danimarka və Çin arasında yeni tərəfdaşlıq proqramı imzalanıb.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danimarkanın xarici işlər naziri Lars Rasmussen Pekində Çinin xarici işlər naziri Van Yi ilə görüşüb. Görüşün nəticəsi iqlim, enerji, ətraf mühit, davamlı qida istehsalı, sağlamlıq və yaşıl gəmiçiliklə bağlı yeni iş proqramının imzalanması olub.

Hazırkı proqram 2017-ci ildə imzalanmış əvvəlki proqramın genişləndirilmiş davamı olub.

“Yeni iş proqramı həm iqlim, həm də Danimarka ixracatı üçün yaxşı xəbərdir. Bu, Çin ilə 2008-ci ildə bağladığımız və geriyə baxdıqda, çox geniş olduğu ortaya çıxan tərəfdaşlıq sazişinin davamıdır. İndi əməkdaşlığımız bizi birləşdirən sahələrə - iqlim, energetika, əttaf mühit və sağlamlığa yönəltmişik. Danimarka şirkətləri hazırda Çində tələbatlı olan ekoloji cəhətdən təmiz və davamlı həllərdə liderdirlər və karbon emissiyalarını azalda bilərlər”, - L.Rasmussen bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu