Danimarka ukraynalı pilotların F-16 təlimlərinə başlayıb
Danimarka Ukrayna pilotlarına F-16 təlimi verməyə başladıqlarını açıqlayıb.
Danimarka Müdafiə Naziri vəzifəsini icra edən Troels Lund Poulsen milli DR telekanalına etdiyi çıxışında Ukraynaya F-16-ların bağışlanmasını və sayının müəyyənləşdirilməsini nəzərdən keçirdiklərini bildirib.
Poulsen bildirib ki, Ukraynaya F-16 yardımı edə bilmək üçün ukraynalı pilotlar bu sahədə 6-8 aylıq təlim keçməlidirlər və bu təlimlərə başlanılıb.
Xatırladaq ki, Danimarka donanmasında olan F-16 təyyarələrini əvəz etmək üçün 27 F-35A təyyarəsi sifariş edib. Yeni döyüş təyyarələrinin 2023-cü ilin sonundan Danimarka Silahlı Qüvvələrinin inventarına daxil olacağı gözlənilir.