Çin Avropa İttifaqına xəbərdarlıq etdi
“Avropa tərəfi Çinlə etimadı və əməkdaşlığı ciddi şəkildə poza bilər”.
Bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin deyib.
O, Ukraynada keçirilən xüsusi əməliyyat fonunda Rusiyaya dəstək verdiyi üçün Çin şirkətlərinə qarşı Avropa İttifaqının (Aİ) ilk dəfə sanksiyalar tətbiq etmək planları ilə bağlı danışıb.
Söhbət Rusiyaya elektron komponentlər tədarük etməkdə ittiham olunan yeddi Çin şirkətindən gedir.
Van Venbin əlavə edib ki, bu yolla Aİ dünyada parçalanma və qarşıdurmanı daha da gücləndirəcək.
Çinli diplomat Aİ-ni yanlış yola getməməyə çağırıb və Pekinin “qanuni hüquq və maraqlarını qəti şəkildə müdafiə edəcəyi” barədə xəbərdarlıq edib.
Mənbə: Financial Times