Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları sabah təsdiqlənəcək


Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları sabah, fevralın 25-də rəsmi şəkildə təsdiqlənəcək.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosef Borrel deyib.

“Hazırda texniki qruplar mətnləri yekunlaşdırırlar. Sanksiyalar sabah təsdiqlənəcək. Sanksiyalar Rusiyanın iqtisadiyyatına təsir edəcək. Bu bizim müharibəmiz olmasa da, söhbət bizim təhlükəsizliyimizdən gedir”, - o bildirib.

Z.Borel bu miqyasda müharibəyə uzun müddətdir hazırlıq getdiyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu