Avropa Rusiyadan qaz nəqlini qadağan etmək istəyir
Avropa Rusiyadan qaz tədarükünə qadağa qoyulmasını Rusiya qarşı yeni sanksiyalar paketinə daxil etmək istəyir.
Bu sözləri İsveçin xarici işlər naziri Tobias Billström Avropa İttifaqının müvafiq planlarını açıqlayan zaman ifadə edib.
Söhbət Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) Aİ-yə idxalından gedir. Lüksemburqda ittifaqın xarici işlər nazirləri və müdafiə idarələri rəhbərlərinin görüşünə gəldikdən sonra Billström növbəti 14-cü Rusiya əleyhinə məhdudiyyətlər paketinin qəbulunu ən vacib addımlardan biri adlandırıb.
Xatırladaq ki, Rusiyaya qarşı 13-cü sanksiyalar paketi fevralın 23-də qəbul edilib.