Çin: "ABŞ-ın ticarət məsələlərini siyasiləşdirməsi öz avtomobil sənayesinə zərər verəcək"
Pekin administrasiyası ABŞ-ın Çin istehsalı olan elektrik avtomobillərinin məlumat təhlükəsizliyi üçün mümkün risklərlə bağlı araşdırma başlatmasına reaksiya verib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning paytaxt Pekində keçirilən mətbuat konfransında ABŞ-ın ticarət proteksionizm motivi ilə hərəkət etdiyini və Çin istehsalı olan avtomobillərin Amerika bazarına daxil olmasını əngəlləmək istədiyini qeyd edib.
Çinin avtomobil sənayesinin ABŞ istehsalçıları da daxil olmaqla bütün qlobal şirkətlərə açıq olduğunu ifadə edən sözçüsü Mao, "ABŞ-ın iqtisadi və kommersiya məsələlərini siyasiləşdirməsi yalnız öz avtomobil sənayesinin inkişafına zərər verəcək" deyə vurğulayıb.
Sıx bazar rəqabətində Çin istehsalı olan avtomobillərin ədalətsiz tətbiqləri ilə deyil, texnoloji yenilikləri və üstün keyfiyyəti ilə seçildiyinə diqqət çəkən Mao, ABŞ-ı bazar iqtisadiyyatına və ədalətli rəqabət prinsiplərinə hörmət etməyə və ayrı-seçkilik göstərməməyə çağırıb.
ABŞ prezidenti Co Bayden fevralın 29-da verdiyi açıqlamada, internetə qoşulan elektrikli avtomobillərin Amerika vətəndaşlarının şəxsi məlumatlarına potensial milli təhlükəsizlik riskləri səbəbindən Çindən gətirilən elektrik avtomobilləri ilə bağlı araşdırma aparılmasına göstəriş verdiyini bildirib.