Çin avtomobillərin idxalını əngəllədiyi üçün Avropaya "ciddi nəticələrlə bağlı" xəbərdarlıq edib
Çin rəsmiləri Avropa Komissiyasına (AK) Çinin elektrik avtomobilləri ilə bağlı araşdırmanın tərəflər arasında münasibətlərə xələl gətirə biləcəyi barədə xəbərdarlıq edib.
"Reuters" xəbər verir ki, Avropa Komissiyası Çindən gələn elektromobillərin qiymətlərinin aşağı salınması ilə bağlı araşdırmaya başlayıb. AK rəhbəri Ursula fon der Leyen bildirib ki, hazırda qlobal bazarlar ucuz Çin elektromobilləri ilə doludur. Eyni zamanda, dövlət subsidiyaları sayəsində onların qiymətləri süni şəkildə aşağı səviyyədə müəyyən edilir. Bu, Avropa bazarı da daxil olmaqla bazarlarda təhrif yaradır və bu, qəbuledilməzdir.
2023-cü ilin iyun ayında məlum olub ki, Avropada elektriklə işləyən avtomobillərin bazar payı 15,1%-ə yüksəlib və bu rəqəm ilk dəfə dizel avtomobillərinin payını üstələyib.
Ən böyük bazarlarda elektrik avtomobillərinin satışında güclü artım qeydə alınıb. Belə ki, Hollandiyada satışlar 90,1%, Almaniyada 64,4%, Fransada isə 52% artıb. Ümumilikdə, yanvar-iyun aylarında Avropada 703 mindən çox elektromobil satılıb.