ABŞ avtomobil idxalına 25 faiz rüsum tətbiq edəcək

ABŞ administrasiyası ölkədən kənarda istehsal edilən bütün avtomobillərə 25 faiz idxal rüsumları tətbiq edəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. Ağ Evdə keçirdiyi brifinqdə danışan Tramp maraqlı tərəflərə başqa bir təkliflə də çıxış edib.
"Biz faktiki olaraq 25 faizlik rüsum tətbiq edəcəyik. Amma avtomobilləri ABŞ-da yığsanız, heç bir tarif olmayacaq", - deyə o bildirib.