Putinlə Qərbin Kiyevə hərbi yardımını müzakirə etmədik - Tramp


ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Qərbin Ukraynaya hərbi yardımı məsələsini müzakirə etmədiyini bildirib.


AFN.az xəbər verir ki, Amerika lideri bu barədə "Fox News"a müsahibəsində danışıb.

"Biz Ukraynaya yardım haqqında danışmadıq. Biz ümumiyyətlə yardımdan danışmadıq. Çox şeylər haqqında danışdıq, lakin yardım ümumiyyətlə müzakirə olunmadı", - deyə Tramp qeyd edib.

O, Rusiya tərəfinin atəşkəslə bağlı razılaşmaların əldə olunması üçün şərtlərdən biri kimi Kiyevə hərbi yardımın dayandırılmasını tələb edib-etməməsi ilə bağlı suala "Yox" deyə cavab verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu