Tramp martın 18-də Putinlə danışacaq

ABŞ prezidenti Donald Tramp martın 18-də rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.
"Düşünürəm ki, Rusiya ilə yaxşı işimiz var. Baxacağıq, bəlkə çərşənbə axşamına qədər açıqlayacağımız bir şeyimiz olacaq. Çərşənbə axşamı prezident Putinlə danışacağam", - deyə Amerika lideri Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
Tramp qeyd edib ki, Putinlə söhbəti zamanı ərazilər məsələsini müzakirə etmək niyyətindədir.
"Biz torpaqlardan danışacağıq. Elektrik stansiyalarından danışacağıq, çünki bu, böyük məsələdir", - o əlavə edib.